Məktəblini bıçaqladılar

mekteblini-bicaqladilar
Oxunma sayı: 1101

Bakının Sabunçu rayonunda məktəbli məktəbliyə bıçaqla xəsarət yetirib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, 11-ci sinif şagirdi Ziliyev Sarvan Əlqan oğlu Ramana qəsəbəsində bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verilib. Yaralının qohumları Sarvanın qonşusu tərəfindən bıçaqlandığını bildiriblər. Məlumata görə, hadisəni törədən də məktəblidir.
Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla əlaqədar araşdırma aparılır.