Hüseyn Cavidin Ev Muzeyindən “Qafqazinfo”ya verilən məlumata görə, H.Cavidin yaradıcılığını beynəlxalq aləmdə tanıtmaq üçün “İblis” pyesi Türkiyədə səhnəyə qoyulacaq. Bu əsərin səhnəyə qoyulmasında İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru azərbaycanlı aktrisa Məlahət Abbasovanın böyük rolu var. Bu teatrda H.Cavidin yaradıcılığına ilk dəfədir ki, müraciət olunur.
Qeyd edək ki, bu il həm də “İblis” faciəsinin ilk dəfə kitab şəklində nəşr olunmasından 90 il ötür. Bildirək ki, Hüseyn Cavidin külliyyatı Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü ilə türk dilinə tərcümə olunaraq nəşr edilib. Kitabın H.Cavidin təhsil aldığı İstanbul Universitetində təqdimatı keçirilib.
Son xəbərlər
Son Xəbərlər