Melaniya Tramp təşkilat yaratdı

melaniya-tramp-teskilat-yaratdi
Oxunma sayı: 2087

ABŞ-ın 45-ci Prezidenti Donald Trampın həyat yoldaşı yeni təşkilatın – Melaniya Trampın Ofisinin yaradıldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yeni təşkilatın tvitter hesabında məlumat verilib.

“Melaniya Tramp “Melaniya Trampın Ofisi”nin açıldığını elan edir”, - paylaşımda deyilir. Sözügedən paylaşımı M.Tramp da öz səhifəsində "repost" edib. 

“CNN” telekanalının məlumatına görə, “Melaniya Trampın Ofisi”nin işi uşaqlara köməklə bağlı olacaq və onun “Be Best” (“Ən yaxşı ol”) informasiya-maarifçilik təşəbbüsünün davamıdır. Təşkilatın baş qərargahı Palm-Biç şəhərində (Florida ştatı) yerləşəcək.