Melaniya Trampın şərəfinə qoyulan taxta heykəl tənqid olundu - Fotolar

melaniya-trampin-serefine-qoyulan-taxta-heykel-tenqid-olundu
Oxunma sayı: 1878

ABŞ Prezidenti Donald Trampın xanımı Melaniya Trampın şərəfinə Sloveniyada taxta heykəl qoyulub.

“Qafqazinfo”nun “Time” nəşrinə istinadən verdiyi xəbərə görə, abidə birinci xanımın anadan olduğu Sevnika qəsəbəsində, Sava çayının sahilində qoyulub. 

Heykəlin müəllifi amerikalı heykəltəraş Bred Daunidir.

Yerli xarrat və heykəltəraş tərəfindən elektrikli mişarla kəsilərək hazırlanan abidə birmənalı qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçisi onun çirkin, utanverici olduğunu bildirib.