Melaniya Trampla bağlı Ağ Ev müzakirəsinə son qoyuldu

melaniya-trampla-bagli-ag-ev-muzakiresine-son-qoyuldu
Oxunma sayı: 2101

ABŞ-ın birinci xanımı Melaniya Trampın harada yaşayacağı ilə bağlı aparılan müzakirələrə son qoyulub.

Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, Amerikada prezident seçkilərindən sonra müzakirələrə səbəb olan mövzulardan biri də xanım Trampın Ağ Evdə yaşayıb-yaşamayacağıdır. Maraqla gözlənən cavab birinci leydinin nümayəndələrindən gəlib. Onlar: “Biz xanım Trampın adından bildirmək istəyirik ki, o,oğlu Berronun təhsil ili yekunlaşdıqdan sonra Vaşinqtona köçəcək. Bundan başqa, Melaniya Tramp bir daha qeyd edir ki, ABŞ-ın birinci xanımı olmaq onun üçün şərəfdir. O, özünün yeni vəzifələrinə ciddi yanaşır”- deyiblər.

Aysel Kərimova