Melaniyanın FETÖ məktəbinə getməsi etirazla qarşılandı - Fotolar

melaniyanin-feto-mektebine-getmesi-etirazla-qarsilandi
Oxunma sayı: 1794

ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp Oklahoma ştatında “DOVE Discovery” məktəbini ziyarət edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, birinci xanımın bu ziyarəti sosial şəbəkədə etirazla qarşılanıb. Buna səbəb isə adıçəkilən məktəbin FETÖ ilə əlaqəsinin olmasıdır. 

Belə ki, “Anadolu Agentliyi”nin 2016-cı ildə yayımladığı siyahıya əsasən, “DOVE Discovery” FETÖ-nün ABŞ-dakı məktəblərindən biridir.

Türkiyə XİN daha əvvəl həmin məktəbin bağlanması üçün rəsmi müraciət etmişdi.