“Məni bu aylarda dəstəkləyən, acımı hiss edib mənimlə bərabər ağlayan dostlar... Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Çoxlarınız məni heç real həyatda görməmisiz, tanımırsız. Amma bir doğma insan kimi acım acınız oldu. “Çox sağ ol” kəlməsi belə azdır. Allah sizi var eləsin”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri teleaparıcı Afaq Gəncəli sosial şəbəkədə yazıb.
Aparıcı onu qınayanlara da cavab verib:
“Qədirxanım hər zaman məni gülərüz və güclü görmək istəyib. Balamın istəyini heç vaxt ürəyində qoymadığım üçün işimə-gücümə qayıtdım. Mələyimin ruhu şad olsun deyə...Bilmədən, tanımadan oturub sosial şəbəkələrdə savadsızlıqları ucbatından bunu qınayırlar. Allah sizi o qədər xoşbəxt etsin ki, işsizlikdən elə instaqramda oturub qınamaqla məşğul olasız. Allah köməyiniz olsun”.
Son xəbərlər
Son Xəbərlər