“Qafqazinfo”nun məlumatına görə, M.Abbaszadə deyib: “Biz buraxılış imtahanlarının statistikasını cədvəl formasında hazırlayırıq. Nədənsə, mətbuatda əksər hallarda cədvəlin yalnız bir hissəsi – aşağı qiymət alan şagirdlərin sayı barədə məlumatlar səsləndirilir. Təəssüf ki, yüksək qiymət alan şagirdlərin sayı barədə çox az məlumat verilir. Yaxşı olar ki, tələsik fikir söyləməyək. Sabah keçiriləcək axırıncı imtahanların nəticələrini gözləyək. Bu imtahanlar da başa çatdıqdan sonra biz buraxılış imtahanlarının tam statistikanı açıqlayacağıq”.
Son xəbərlər
Son Xəbərlər