Fevralın 19-da saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, qəbulda Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ rayonlarının sakinləri, bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Göyçay regional bölməsinə (ünvan: Göyçay şəhəri, Rauf İsayev küçəsi,43. Tel: (020) 274-66-74 ) müraciət etməlidirlər.
Bundan əlavə, qəbulda iştirak etmək istəyənlər qeydiyyat üçün fevralın 10-dan 18-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayon təhsil şöbələrinə müraciət edə bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Son xəbərlər
Son Xəbərlər