Məleykə Abbaszadə qəbul keçirəcək

meleyke-abbaszade-qebul-kecirecek
Oxunma sayı: 750


“Qafqazinfo” TQDK-nın rəsmi səhifəsinə istinadən xəbər verir ki, qəbulda Naftalan şəhər sakinləri ilə yanaşı Mingəçevir və Goranboy şəhər sakinləri də iştirak edə bilərlər.

Qəbul sentyabrın 11-də saat 11:00-da Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına (eservices.tqdk.gov.az/SedrinQebulu) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələridirlər. 

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Naftalan, Mingəçevir və Goranboy şəhər təhsil şöbələrinə, eləcədə TQDK-nın Gəncə Regional Bölməsinə müraciətə edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.