Məleykə Əsədova bədənini estetik etdirib?

meleyke-esedova-bedenini-estetik-etdirib
Oxunma sayı: 4759

Xalq artisti Məleykə Əsədovanın plastik əməliyyat etdirməsi barədə məlumat yayılıb. İddia olunur ki, məşhur aktrisa bir həftə əvvəl liposaksiya (piysovurma) üsulu ilə bədənini şəkilləndirib, ombasını böyütdürüb. 

“Qafqazinfo” mövzu barədə Məleykə Əsədova ilə əlaqə saxlayıb. Teatr aktrisası qeyd edib ki, məlumat həqiqəti əks etdirmir: “Belə bir şey olmayıb! 1993-cü ildə burnumdan əməliyyat olunmuşdum. Buna baxmayaraq, nəfəsalma problemi var idi. Eyni zamanda, görünüşünə də daxildən düzəliş olub. Sırf bunun üçün xəstəxanaya müraciət etmişəm. Mən başqa bir əməliyyat etdirməmişəm. 

Utanmırlar? Bu nə cür məqalələrdir? Məni hər zaman bu cür bədəndə görüblər. Bir il qabaq da bədənim eyni quruluşda olub. Siz o şəkillərə baxın, bir il əvvələ nəzər salın. O bir yana, instaqram səhifəmdə tamaşamdan şəkillər paylaşmışam. Hamısında da eyniyəm. 

İllər ərzində təkcə çəkimdə bir qədər dəyişiklik olub. Lakin burundan başqa heç bir estetik etdirməmişəm. Çünki buna ehtiyac yoxdur. Bu əməliyyatı etdirmək üçün mən bildiyim qədərilə xeyli piy lazımdır. İndi isə arıqlamışam. Məndə bu qədər piy var? Həm də eşidiyimə görə, belə əməliyyatdan sonra insan 1-2 ay otura bilməz. Mən isə hər yerə gedirəm. Kaş ki, sənətimdən bu cür xəbərlər hazırlayardılar. İmicimə, statusuma uyğun məlumatlar deyil!”. 

Həmçinin, sənətçinin plastik cərrahı Dilqəm Məhərrəmov da məlumatı yalanlayıb. O, açıqlamasında Xalq artistinin təkcə burun əməliyyatı etdirdiyini vurğulayıb: "Biz sadəcə burun ucunu şəkilləndirmişik. Daha gözəl və cəlbedici etmişik. Məşhurlar haqqında hər zaman belə şeylər yazırlar". 

M. Əsədovanın burun əməliyyatından sonra ilk fotosu: