Məleykə Əsədova da “Bandotdel”də dindirildi

meleyke-esedova-da-bandotdelde-dindirildi-
Oxunma sayı: 2042

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı bu gün AzNews.az-a daha bir məlumat daxil olub. Deyilənə görə, İlhamə xanımın iddiası ilə qeyd edilən idarədə həm də Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova dindirilib.

Xalq artisti İlhamə Quliyeva AzNews.az-a açıqlamasında Məleykə Əsədovanın “Bandotdel”də olması xəbərini təsdiqlədi: “O, da orada olub. Əcəb edib, öz işində olsun. Birinci bu işlərə kim əl atıb? “Qara məni basınca mən qaranı basım”… O, məni efirdə təhqir edib. Tutuquşuluq etməsinlər, özlərinin beyinləri olsun. Yox, siz məni efirdə söyün, təhqir edin məndə deyim çox sağ olun? Artıq gecdir. Siz yanlış addım atdınız. Mən də hara lazımdırsa, ora müraciət etdim”.