Məleykənin 50 minlik atı - Fotolar

meleykenin-50-minlik-ati
Oxunma sayı: 799

Xalq artisti Mələykə Əsədova ötən il ona hədiyyə edilən atın fotolarını sosial şəbəkədə paylaşıb. 

“Qafqazinfo”  xəbər verir ki, aktrisa həftəsonu qızı Gülərlə birlikdə istirahət edib. O, həmçinin Uğur adlı atıyla çəkilmiş şəkillərini instaqramda izləyiciləri ilə bölüşüb.

Xalq artisti “Çoxdandır atımı görmürdüm. Uğurum bizim üçün darıxmışdı” deyə şərh bildirib. 

Qeyd edək ki, bir müddət əvvəl mediada Əsədovaya hədiyyə olunan atın qiymətinin 50 min manat olduğu yazılmışdı.