Geniş əhali kütləsi üçün nəzərdə tutulmuş, şəhərin “20 yanvar” metrostansiyası yaxınlığında, Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllədə yerləşən Melissa Park Yaşayış Kompleksi ilə evlə bağlı mümkünsüz saydığınız arzularınız mümkün olacaq.
ACL Groupun təqdim etdiyi yeni layihə şəhərin ən əsas yollarını əhatə edir. (Tbilisi prospekti, Zərdabi küçəsi və Salamzadə istiqamətindən giriş-çıxışları mövcuddur)
Müştərilərin istək və imkanları nəzərə alınaraq Melissa Park Yaşayış Kompleksi kommunal xidmətlərlə təchiz edilmiş 1, 2, 3 otaqlı və fərdi seçimli tam təmirli mənzillərin həm nağd, həm də ipoteka yolu ilə satışı təşkil edilir.
Melissa Park Yaşayış Kompleksi müştərilərinə təmir müddətinə qədər 3 təmir növündən ( klassik, ənənəvi, müasir) birini seçməyi təklif edir.
Hamam, tualet xüsusi şəkildə təmir edilib və avadanlıqlarla təchiz ediləcək. Mətbəx də öz növbəsində təmir edilib mətbəx mebeli ilə təchiz ediləcək.
ACL Group siz müştərilərin indi daha asan evə sahib olmanız üçün avqustun 15-dən “İlk al, ilk yaşa” prinsipinə əsaslanan “Bizim də evimiz olsun” kampaniyasına başlayıb.
Bu kampaniya çərçivəsində ilkin 10 % ödəməklə, 10 il müddətinə, ayda 400 AZN dən başlayan ödənişlə xəyallarınızdakı evə sahib olacaqsız. Üstəlik, sentyabrın 30-a kimi davam edəcək bu kampaniyaya əsasən, mənzilin üzərində mətbəx mebeli, tam təmir və eyvanın sahəsinə düşən kvadrat metrin məbləği sizə hədiyyə ediləcək.
Ev sahibləri çox gözləmədən, qısa müddətdə almış olduqları mənzilə köçərək rahat yaşaya biləcəklər. 22 binadan ibarət olacaq Melissa Park Yaşayış Kompleksinin “ İlk al, İlk yaşa” prinsipinə əsaslanmaqda əsas səbəbi, inşaası bitən bina tam yaşayışa hazır vəziyyətə gələndən sonra alıcıya təhvil verilməsidir.
Yeraltı avtodayanacaq, hipermarket, kafe və restoranlar, uşaq bağçası, Fitness & SPA, 24 saat təhlükəsizlik xidməti, təmizlik və konsierj xidməti, geniş həyətyanı sahəni əhatə edən yaşıl park, açıq hava idman sahələri mərkəzi isitmə sistemi, daimi isti - soyuq suyun daxil olduğu bu yaşayış kompleksində binanın tikintisinin bitməsini tam gözləmədən və üstəlik təmir üçün əlavə pul xərcləmədən arzusunda olduğunuz tam təmirli mənzilə sadələşdirilmiş sənədləşmə əsnasında qovuşacaqsız. 3 aydan sonra evlər qazla təchiz edilir.
Qeyd edək ki, ACL Group 2000-ci ildən fəaliyyətə başlayıb və hazırda General MTK, Kristal MTK, Yüksəliş MTK, ASP MTK kimi layihələri tam bitmiş və mənzillərə öz sahiblərinə verilib.
Son xəbərlər
Son Xəbərlər