Melitopol sakinləri rus hərbçilərin qarşısında aksiya keçirib - Video

melitopol-sakinleri-rus-herbcilerin-qarsisinda-aksiya-kecirib
Oxunma sayı: 2792

Bu gün Ukraynanın Zaporojye vilayətinin Melitopol şəhərinin yüzlərlə sakini rus hərbçilərinə qarşı aksiya keçirib.

“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, sakinlər akisyada “burada hakimiyyət bizik” şüarı səsləndiriblər.

Onlar düşmən maşınlarının kolonnasını qovmağa nail olublar.

Aksiya iştirakçıları Ukrayna Silahlı Qüvvələrinə ölkənin müdafiəsinə görə təşəkkür edib, rus hərbçiləri təslim olmağa çağırıblar.