Melkonyanın taborundakı erməni əsgəri məhv edildi

melkonyanin-taborundaki-ermeni-esgeri-mehv-edildi
Oxunma sayı: 4218


Avqustun 4-də Murovdağda - Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgər I Qarabağ müharibəsində erməni terrorçu, ASALA-nın liderlərindən olan Monte Melkonyanın taborunda döyüşüb.

 “Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, öldürülmüş erməni hərbçi 1971-cil il təvəllüdlü Aram Qriqoryandır.

Ermənistanın Araqat vilayətindən olan A. Qriqoryan rəsmi məlumata görə ön xəttə 2 gün əvvəl çıxıb.

Qeyd edək ki, A. Qriqoryan ötən gün Kəlbəcər rayonunun ərazisindəki döyüş mövqelərində Azərbaycan snayperləri tərəfindən öldürülüb.