“Məlum oldu ki, sahibkarların torpağı zorla yox, məhkəməylə əllərindən alınıb”

melum-oldu-ki-sahibkarlarin-torpagi-zorla-yox-mehkemeyle-ellerinden-alinib
Oxunma sayı: 3103

Deputat Fazil Mustafa icra başçısı tərəfindən sahibkarların torpaqlarının əlindən alınmasına münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, F. Mustafa parlamentdə qeyd edib ki, bu yaxınlarda həbs olunan icra başçılarıyla bağlı məsələ ortaya çıxanda bir sıra məqamlar müşahidə edilib: “Məlum oldu ki, ən vacib məsələ - 150-yə yaxın sahibkarın torpağının əlindən alınması zorla yox, məhkəmə yoluyla edilib.  

Deməli, başqa rayonlarda da bu sayda problemlər olubsa, sahibkarların ayaqda qalmasına şükür etməliyik. Biz ədalət sistemini cəmiyyətə qaytarmalıyıq. Əgər məhkəmə sistemində ədalət olmasa, bu problemlərin sayı artacaq. Məhkəmə sistemində müstəqil hakimlərin sayı olduqca azdır. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır”.

Günel Türksoy