“Məlumatım yoxdur” - Qurbanov Zubir haqqında

“Məlumatım yoxdur”
Oxunma sayı: 1487

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün açılış – “Keşlə” – “Qarabağ” (0:1) matçından sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə qələbəni şərh edib:

- Çətin oyun oldu. Sıx qrafikdəyik. Futbolçularımı həddindən artıq gərgin qrafik gözləyir. Nəticədən çox, futbolçularımın sağlam olması əsasdı. Diqqətli olmalıyıq. 1 qolla qalib gəldik. Futbolçularımı təbrik edirəm. Onlarda bir az psixoloji gərginlik var idi. Bizim üçün vacib qələbə oldu.

– “Linfild”lə oyunda zədəli futbolçuların yerini doldurmaq üçün bu matç nə material verdi?

– Futbolçuların bəzilərinə istirahət vermişdim. “Linfild”lə oyuna görə yox, sadəcə son oyunda çox yorulmuşdular. Riçard Almeyda və Rahil Məmmədovun Avropa Liqasının oyununda cəzalı olduğu üçün bu qarşılaşmada oynatdım.

– İsmayıl İbrahimlinin çıxışını necə dəyərləndirirsiz?

– İsmayılı təbrik edirəm. Meydanda özünü idarə edə bildi. Limitdə olan futbolçularımız var. Qol vurması o demək deyil ki, daim əsas heyətdə oynayacaq. Başqa futbolçulara da şans verəcəm.

– Mahir Emrelidən sonra Abdullah Zubir haqda da transfer xəbərləri çıxıb. Bu, nə dərəcə doğrudu?

– Bu haqda heç bir məlumatım yoxdu.

– Çempionatdakı limitin dəyişdirilməsinin vaxtı olduğunu düşünürsüzmü?

– Hər bir klubda hazırda limitə görə problemlər var. Futbolçulara da faydası olar, ancaq çətinlik çəkirik bu məsələdə. Hər halda, qanuna qarşı çıxmalı deyilik. Elə düşünməliyik ki, belə problemlər olmasın.

– “Linfild”i analiz etmisizmi?

– Məlumat toplamışıq. Sabahdan daha ciddi hazırlaşacağıq.

– Ötən mövsümün autsayderinin bu günkü çıxışını necə dəyərləndirirsiz?

– Bizim üçün asan olmadı. Yeni futbolçular gətiriblər. Bunlar nəticə verə bilər. Təcrübəli müdafiəçiləri var. Ötən illə müqayisədə bu il daha yaxşı olublar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi