Məmmədlidəki yanğın məhdudlaşdırıldı - Foto+Video

memmedlideki-yangin-mehdudlasdirildi
Oxunma sayı: 40795

Abşeronda güclü yanğın başlayıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Məmmədli qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb. 

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Yanğınla mübarizə tədbirləri davam etdirilir. Əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Yaşayış binasında yanğınla əlaqədar təhlükəsizlik tədbirləri görülür. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, sakinlərin təxliyyəsi aidiyyəti dövlət qurumunun əməkdaşları ilə birgə təmin edilib, polis əməkdaşları tərəfindən vətəndaşların şəxsi əmlakı mühafizəyə götürülüb.