Məmmədyarov BƏƏ səfiri ilə vidalaşdı

memmedyarov-bee-sefiri-ile-vidalasdi
Oxunma sayı: 708


XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və BƏƏ-nin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana son səfərlərinin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün göstərilən dəstəyə görə təşəkkür edib.

E.Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.