Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Xarici işlər nazirlərinin iştirakı ilə sayca beşinci üçtərəfli görüş başlayıb.
“Qafqazinfo” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, görüşün sonunda nazirlər Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Janelidze birgə bəyanat imzalayacaqlar. Daha sonra nazirlər artıq başa çatmış Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Gürcüstandan keçən hissəsinə baş çəkəcəklər.


Son xəbərlər
Son Xəbərlər