Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyaya yola düşüb.
XİN-dən "Qafqazinfo"ya daxil olan xəbərə görə, nazir 4 may tarixində Praqa şəhərində keçiriləcək Vişeqrad 4 (Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
İclas çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər