Məmmədyarov həmkarı ilə görüşdü- - Fotolar

memmedyarov-hemkari-ile-gorusdu-
Oxunma sayı: 907


“Qafqazinfo” xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.  

Vesna Pusiç Xorvatiya ilə Azərbaycanın strateji tərəfdaş ölkələr olduğunu və iki ölkə arasında siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. 

O, Xorvatiyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsi ilə bağlı Xorvatiyanın tutduğu prinsipial və dəyişməz mövqeyinin və bu xüsusda Xorvatiyanın beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.