Milli Məclisin keçirilən AŞPA- nın Daimi Komitəsinin iclasında üzvlərinin suallarına XİN Elmar Məmmədyarov cavab verib.
“Qafqazinfo” xəbər verir ki, AŞPA-nın iki deputatı Azərbaycanda insan haqları və siyasi məhbus məsələsinə toxunub. Onlardan biri Amnesty İnternationalın siyahısına daxil edilmiş 18 siyasi məhbusun və o cümlədən İlqar Məmmədovun nə vaxt azad edilməsi məsələsi ilə bağlı nazirə sual ünvanlayıb.
XİN naziri suala cavab olaraq bildirib ki, dünən Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı ilə tanış olub: ”Mən nə baş verəcəyini deyə bilmərəm. Çünki bununla bağlı danışsam, hüquqi prosedurları pozmuş olaram. Ona görə imkan verək ki, hüquqşünaslar işləsinlər. Siz mənim çiynimə yük qoymaq istəyirsiniz ki, hüquqi prosedurlara müdaxilə edim. Amma xeyr, mən bunu etməyəcəm. Xarici işlər naziri kimi bunu edə bilmərəm. Avropa İnsan Haqları Məhkəməsinin qərarı var. Bəli, çox yaxşıdır. Biz XİN olaraq bütövlükdə prosesi müşahidə edəcəyik”
Digər avropalı deputat isə qeyd edib ki, Azərbaycanın Avropa Şurası qarşısında insan hüquqlarının yaxşılaşması üçün könüllü öhdəliklər götürüb. O qeyd edib ki, Nazirlər Komitəsinə 6 ay müddətlik sədrlik bunun üçün yaxşı haldır
Məmmədyarov isə cavabında öhdəlikləri yerinə yetirəcəklərini deyib: “Biz bu prosesə başlamışıq. Heç kim deyə bilməz ki, hansı ölkədəki demokratiya yaxşıdır, hansında pisdir”
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər