Məmmədyarov iordaniyalı səfiri qəbul edib

Məmmədyarov iordaniyalı səfiri qəbul edib
Oxunma sayı: 327

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələlərini müzakirə ediblər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə edib.

Elmar Məmmədyarov səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşnehə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi