Məmmədyarov Küveytdəki həmkarı ilə görüşdü

memmedyarov-kuveytdeki-hemkari-ile-gorusdu
Oxunma sayı: 706


Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında siyasi münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Məlumata görə, bu xüsusda, parlamentlərarası əlaqələrin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsində rolu qeyd edilib.

Görüşdə həmçinin hökumətlərarası komissiyanın Küveytdə keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsində qarşılıqlı biznes forumları, iş adamları üçün seminarların keçirilməsinin vacibliyi vurğulandı.