Məmmədyarov macar və qırğız həmkarı ilə görüşdü - Fotolar

Məmmədyarov macar və qırğız həmkarı ilə görüşdü
Oxunma sayı: 425

Xarici İşlər naziri Elmar Məmmədyarov Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan və Macarıstan arasında mövcud olan ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən və strateji tərəfdaşlıq müstəvisində inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə edilib. İki ölkə arasında iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarının mövcudluğu vurğulandı.

Nazirlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və konkret olaraq enerji sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi mövzuları ətrafında fikir mübadiləsi apardılar.

Nazir Elmar Məmmədyarov Türk Şurasının qarşıdan gələn 7-ci Zirvə görüşünə hazırlıq işləri barədə həmkarına məlumat verib və Baş Nazir Viktor Orban başda olmaqla Macarıstan nümayəndə heyətini tezliklə Bakıda salamlamaqdan məmnun olacağımızı qeyd edib.

Məmmədyarov daha sonra  Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşüb.

Nazirlər iki ölkə arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə ətraflı fikir mübadiləsi aparıblar. Ölkələr arasında yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından önəmli olduğunu vurğulayıblar.

Bakı şəhərində keçiriləcək qarşıdan gələn Türk Şurasının 7-ci Zirvə görüşü, həmçinin Qoşulmama Hərəkatının Zirvə görüşündə Qırğız Respublikasının təmsilçiliyi məsələsi müzakirə olunub.

Görüşdə nazirlər, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi