“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanın NATO-nun Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri əməliyyatına verdiyi töhfələri yüksək qiymətləndirilib.
Nazir Elmar Məmmədyarov tərəfdaş dövlət olaraq, Azərbaycanın Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımı tranzit dəstək göstərəcəyini qeyd edərək, yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir-yolu xətti və yeni Ələt dəniz limanının ölkəmizin tranzit və nəqliyyat imkanlarını daha da artıracağını deyib.
General Paul Selva əməkdaşlığa və göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edərək, ölkəmizin əlverişli coğrafi mövqeyinin və inkişaf edən nəqliyyat infrastrukturunun yüksək təəssüratlar doğurduğunu və xüsusilə kommersiya və ticarət baxımdan böyük imkanlara malik olduğunu deyib.
Son xəbərlər
Son Xəbərlər