Məmmədyarov Parisdə həmsədrlərlə görüşdü - Foto

memmedyarov-parisde-hemsedrlerle-gorusdu
Oxunma sayı: 819

Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin gedişi müzakirə olunub.
 
Qeyd edək ki, həmsədrlərin vasitəçiliyi ilə sabah Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.