XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, E.Məmmədyarov bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edərək, Azərbaycanla Lixtenşteyn arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli zəminin olduğunu nəzərə çatdırıb.
A.Frik birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və möhtəşəm açılış və bağlanış mərasimlərinə görə Azərbaycanı təbrik edib. Avropa Oyunlarının bütün iştirakçılarına, o cümlədən Lixtenşteyndən olan idmançılara yaradılmış yüksək şəraitə görə təşəkkürünü ifadə edən A.Frik Azərbaycanda dinamik inkişafın, sabitliyin və qonaqpərvərliyin şahidi olduğunu nəzərə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər