XİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, 1-3 sentyabr 2015-ci il tarixində Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclasında iştirak çərçivəsində Bakıya səfər etdiyini deyən N.Sadiqi tədbirin yüksək səviyyədə təşkil edildiyini və faydalı müzakirələr aparıldığını nəzərə çatdırıb.
O, Azərbaycanın dinamik inkişafı və əldə etdiyi nailiyyətlərinə Pakistan xalqının səmimi-qəlbdən sevindiyini qeyd edib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Pakistandakı humanitar məsələlərə diqqət və qayğısının, o cümlədən Pakistanda baş vermiş zəlzələ və sel daşqını kimi təbii fəlakətlər zamanı qardaş Azərbaycan xalqının göstərdiyi humanitar yardımın yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər