Məmmədyarov şərikli liderliyə yüksəldi

memmedyarov-serikli-liderliye-yukseldi
Oxunma sayı: 1307

Almaniyanın Berlin şəhərində şahmat tacına iddiaçıların turnirində 6-cı turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rusiyalı şahmatçı Vladimir Kramniklə qarşılaşan şahmatçımız rəqibinə qalib gəlməyi bacarıb.

Ş.Məmmədyarov bu qələbə sayəsində xalını 4-ə çatdırıb və eyni xala malik Fabiana Karuana ilə şərikli liderliyə yüksəlib.

Şahmatçımızın növbəti turdakı rəqibi Aleksandr Qrişuk olacaq. Görüş martın 18-də baş tutacaq.