Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşüb.
XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə, həmçinin energetika naziri Pərviz Şahbazov da iştirak edib.
Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən və inkişafından məmnunluqlarını ifadə ediblər.
Tərəflər, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur layihələri haqqında fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib.
Son xəbərlər
Son Xəbərlər