Məmmədyarov xarici qonaqlarla görüşdü

memmedyarov-xarici-qonaqlarla-gorusdu
Oxunma sayı: 723


“Qafqazinfo” xəbər verir ki, görüş əsnasında Nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstan arasında olan əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, ölkələrimizin irimiqyaslı regional layihələrin həyata keçirilməsində uğurlu əməkdaşlıq etdiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafında parlamentlərarası diplomatiyanın kəsb etdiyi əhəmiyyətindən danışaraq, bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

David Usupaşvili Azərbaycanın regionun sabitliyinə və inkişafına töhfə verdiyini bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Nazir Elmar Məmmədyarov Ermənistanın regiondakı inkişaf proseslərindən və regional layihələrdən kənar qalmasının əsas səbəbinin Ermənistanın işğalçı siyasətində olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və regional layihələr barəsində fikir mübadiləsi aparılıb.