Məmmədyarov yenə bərabərə oynadı

memmedyarov-yene-berabere-oynadi
Oxunma sayı: 1379

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov “Tata Steel Chess” superturnirinin 12-ci turunda İngiltərə təmsilçisi Cons Qaveynlə heç-heçə oynayıb.

“Qafqazinfo” xəbər verir ki, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən turnirdə Məmmədyarov 8 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

O, liderlər Giri və Maqnusdan yarım xal geridədir.

Sabah, turnirin yekun mərhələsində təmsilçimiz hindistanlı Anand Vişvanatanla görüşəcək.