Məmmədyarov yeni səfiri qəbul etdi

Məmmədyarov yeni səfiri qəbul etdi
Oxunma sayı: 452

Xarici İşlər naziri Elmar Məmmədyarov Əlcəzairin Azərbaycana yeni təyin olunmuş səfiri Salima Abdelhakı qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, nazir Salima Abdelhakı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və Əlcəzair arasında iqtisadi, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir Salima Abdelhak etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi