Məmmədyarovla Çavuşoğlu bir arada - Foto

memmedyarovla-cavusoglu-bir-arada
Oxunma sayı: 739

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı ölkələr arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Nazir Elmar Mammadyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırki vəziyyəti və bu xüsusda, keçirilmiş Cenevrə görüşü ilə bağlı qarşı tərəfə məlumat verib.  

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.