Məmmədyarovla Lavrovun telefon danışığı oldu

Məmmədyarovla Lavrovun telefon danışığı oldu
Oxunma sayı: 1372

Mayın 22-də Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbəti baş tutub.

Xarici İşlər Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, nazirlər, mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən görülən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Çoxtərəfli platformalarda əməkdaşlıq, xüsusilə də MDB çərçivəsində gündəlikdə olan aktual məsələlər Nazirlər tərəfindən müzakirə edilib.

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə onlayn formatda keçirilən və əsasən koronavirus pandemiyası ilə mübarizə məsələsinin müzakirə olunduğu iclası üzrə ümumi fikir mübadiləsi aparılıb.