Məmmədyarovla Mnatsakanyan ilin sonunadək görüşəcəklər

memmedyarovla-mnatsakanyan-ilin-sonunadek-gorusecekler
Oxunma sayı: 655

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zoqrab Mnatsakanyan bu ilin sonuna qədər daha bir görüş keçirmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin nəticələrinə əsasən yaydığı bəyanatda deyilir.
Həmçinin qeyd olunur ki, vasitəçilər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Daimi Şurasına və Minsk qrupunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi barədə məlumat verəcək.

Həmsədrlər əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün konkret humanitar və təhlükəsizlik tədbirlərinin perspektivini alqışlayıblar. Vasitəçilər tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandasının fəaliyyətinə hərtərəfli dəstək göstərməyə və monitorinq missiyalarının həyata keçirilməsinə mane ola biləcək hər hansısa maneənin dərhal aradan qaldırılmasını təmin etməyə çağırıblar.

Xatırladaq ki, daha əvvəl ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün dekabr ayında Bratislavada keçirilə biləcəyini açıqlamışdı.