Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüş tarixi və məkanı açıqlanıb.
“Qafqazinfo”nun “sputnik Ermənistan”a istinadən xəbərinə görə, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşü yanvarın 29-30-da Cenevrədə baş tutacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib.
Onun sözlərinə görə, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək.
Tərəflər Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş mövzuları müzakirə edəcəklər.
Xatırladaq ki, tərəflər sonuncu dəfə 2019-cu il dekabrın əvvəlində ATƏT Xarici İşlər Nazirlərinin Bratislavada keçirilən zirvə görüşü çərçivəsində görüşmüşdülər.
Son xəbərlər
Son Xəbərlər