Məmmədyarovla Mnatsakanyanın video-konfrans formatında görüşü olacaq

memmedyarovla-mnatsakanyanin-video-konfrans-formatinda-gorusu-olacaq
Oxunma sayı: 1302

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın aprelin 21-də video-konfrans formatında görüşü olacaq.

XİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, tərəflər görüşün ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə keçirilməsini razılaşdırıblar.