Məmmədyarovla Mnatsakanyanın yeni görüşü Slovakiyada ola bilər

memmedyarovla-mnatsakanyanin-yeni-gorusu-slovakiyada-ola-biler
Oxunma sayı: 656

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan bu ilin dekabrında Slovakiyada görüşə bilər.

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Minsk Qrupunun Rusiya üzrə həmsədri İqor Popov bildirib.

Onun sözlərinə görə, Slovakiyanın paytaxtı Bratislavada ATƏT Xarici İşlər Nazirlərinin zirvə toplantısı keçiriləcək.

“Danışıqlar prosesinə gəlincə, iki ölkənin XİN rəhbərlərinin razılığı ilə görüş Bratislavada, forum çərçivəsində keçirilə bilər”, - deyə Popov qeyd edib.