Ermənistan XİN rəhbəri Edvard Nalbandyan yaxın günlərdə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mümkün görüşü ilə bağlı məlumat verib.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, nazir görüşün iyulda baş tuta biləcəyini deyib: “Mümkündür ki, tezliklə XİN rəhbərləri səviyyəsində görüş baş tutsun”.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin son görüşü aprelin 28-i Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Moskvada baş tutmuşdu.
***
RİA Novosti diplomatik mənbəsinə istinadən xəbər verir ki, görüş iyulun 11-i Avstriyanın Mauerbax şəhərində baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər