Məmmədyarovla Rəcəbov məğlub oldu

memmedyarovla-recebov-meglub-oldu
Oxunma sayı: 1314

Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 3-cü tura yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan təmsilçiləri bu turu da məğlubiyyətlə başa vurublar. Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof Dudaya, Teymur Rəcəbov isə niderlandlı Aniş Giriyə eyni hesabla uduzub - 2,5:3,5. Şahmatçılarımız qarşılaşmaları tay-breykədək uzada bilib.

Sentyabrın 28-də keçiriləcək 4-cü turda Rəcəbov Duda ilə, Məmmədyarov isə Vaşye-Laqravla qarşılaşacaq.

Xal durumu: Maqnus Karlsen - 23,5 xal, Uesli So - 18,5 xal, Levon Aronyan - 12 xal, Hikaru Nakamura - 10 xal, Aniş Giri - 9,5 xal, Teymur Rəcəbov - 9 xal, Maksim Vaşye-Laqrav - 7,5 xal, Vladislav Artemyev - 5,5 xal, Yan-Kşiştof Duda - 5 xal, Şəhriyar Məmmədyarov - 2,5 xal.