Məmmədyarovun adı Fətullah Gülən qalmaqalında - - Video

memmedyarovun-adi-fetullah-gulen-qalmaqalinda-
Oxunma sayı: 4427


Bu istək baş nazir Rəcəb Tayyib Ərdoğanın ötən gün Cümhuriyyət Xalq Pratiyasına yönəlik çıxışında özünü qabarıq şəkildə göstərib. Məsələ burasındadır ki, Türkiyəni qarışdıran gizli səs yazıları ortaya Azərbaycanla bağlı maraqlı bir situasiya çıxarıb. Məlum olur ki, Türkiyə sənayeçilər və İş adamları Konfederasiyasının rəhbəri, ölkənin Uqandadakı fəxri konsulu olan Mustafa Güneylə Fətullah Gülən arasında baş tutan telefon danışığında general Zakir Həsənovun Azərbaycanın müdafiə naziri təyin edilməsindən söz açılır. Və o, Gülən camaatına yaxın şəxs kimi xarakterizə edilir. 

Düzdür, Azərbaycanın müdafiə nazirliyi bu haqda yayılan informasiyaları əsassız, hətta təxribat adlandırıb. Bu gün isə Azərbaycanın Xarici İşlər nazirliyi belə bir açıqlama ilə çıxış etməli olub. Çünki, Türkiyənin haber 10 xəbər portalı Fətullah Gülənin təriqətinin Azərbaycanda möhkəmlənməsində Xarici İşlər Naziri Elmar Məmmədyarovun da xidmətinə işarə vurub.

Maraqlıdır ki, yazı Əhməd Davudoğlunun bir gün əvvəl Elmar Məmmədyarovla görüşdüyü vaxta təsadüf edir. Yazıda isə Fətullah Gülənin Azərbaycanın enerji dairələrində möhkəmləndiyi, onun ABŞ və İsrailin dəstəyi ilə Türkiyənin Azərbaycandakı enerji maraqlarına qarşı lobbiçilik etdiyi və bu işə milyonlarla dollar xərclənildiyi vurğulanır. Fakt kimi, ötən ilin mayında Bakıda keçirilən ABŞ-Azərbaycan strateji tərəfdaşlığa dair konfransın təşkilatçısının Fətullah Gülənin ABŞ-dakı Turkuaz Conucil şirkətinin olmasıdır. İddia edilir ki, konfransda Türkiyənin Azərbaycandakı enerji maraqlarına qarış müzakirələr aparılıb. Ümumiyyətlə, portal Gülən təriqətinin “Azərbaycana fərqli yollarla sızdığını, Azərbaycanın məmurları ilə əlaqələrini tamamilə İslam və Türkiyə düşmənçiliyi üzərində qurduğunu idida edir. Mavi mərmərə qalmaqalından sonra Azərbaycanın İsraillə əlaqələrini dəyişməyəcəyini elan etməsi də bu yazıda xüsusi xatırlanır. Xatırlanan həm də Fətullah Gülənin İsrailin və ABŞ-ın adamı olmasına dair ididalardır. Qısası, ortalıqda olan təəssürat budur. Azərbaycan Türkiyənin, onun hazırkı iqtidarının yox, ABŞ -da oturub Türkiyə hakimiyətinə meydan oxuyan Gülənin yanındadır. Bu iddianın gülməli, yəni absurd, yoxsa həqiqət olduğunu demək isə bizim səlahiyyətimiz çərçivəsində deyil.