Məmmədyarovun çinli nazirlə görüşü

memmedyarovun-cinli-nazirle-gorusu
Oxunma sayı: 760


“Qafqazinfo” xəbər verir ki, görüşdə Van İ bu ilin may ayında Şanxayda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ÇXR-in Sədri Si Cinp arasında olan uğurlu görüşü qeyd edərək, dövlət başçılarının ikitərəfli münasibətlərə yüksək qiymət verdiyini və ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən etdiklərini bildirib.

Van İ əlavə edib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Çinə rəsmi səfəri dövlət başçıları səviyyəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində önəmli addımdı.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu ilin mayında ÇXR-a uğurlu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Azərbaycan Respublikasının bütün dövlətlərlə ikitərəfli əlaqələrinin təməlini qarşılıqlı hörmət və bərabərlik prinsiplərinin təşkil etdiyini deyən nazir Elmar Məmmədyarov ölkələrimiz arasında qurulmuş dostluq münasibətləri əsasında Azərbaycan Respublikasının ÇXR ilə siyasi, iqtisadi-ticarət və humanitar sahələrdə əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, beynəlxalq təşkilatlar 

Görüşdə diplomatik tədris müəssisələri arasında əməkdaşlıq, mədəniyyət günlərinin keçirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov həmkarı Van İini Azərbaycana rəsmi səfərə dəvət edib və nazir Van İ tərəfindən bu dəvət məmnuniyyətlə qəbul edilib.