Məmmədyarovun iranlı həmkarı ilə telefon danışığı oldu

memmedyarovun-iranli-hemkari-ile-telefon-danisigi-oldu
Oxunma sayı: 2464

Xarici İşlər naziri Elmar Məmmədyarovun İran islam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif  ilə telefon danışığı nolub. 

XİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, Elmar Məmmədyarov iranlı həmkarını Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat, hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik və mövcud vəziyyət barədə məlumatlandırıb. Ermənistan təcavüzünün bölgədə əsas təhlükə mənbəyi olduğu qarşı tərəfin diqqətinə çatdıran nazir Elmar Məmmədyarov işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasının zəruriliyini vurğulayıb.

Nazir Məhəmməd Cavad Zərif İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı məlum mövqeyini təkrar edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasının İran İslam Respublikasının regional strategiyası olduğunu bildirib. O, münaqişənin həllinin irəlilədilməsi üçün İranın dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib.