Məmmədyarovun Mnatsakanyanla görüşü başladı - Foto

memmedyarovun-mnatsakanyanla-gorusu-basladi
Oxunma sayı: 995

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Zöhrab Mnatsakanyanla Cenevrədə görüşü başlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva tvitter mikrobloqunda məlumat verib.

Qeyd edək ki, görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) iştirak edir.