Məmmədyarovun Mozambikə ilk rəsmi səfəri- - Fotolar

memmedyarovun-mozambike-ilk-resmi-seferi-
Oxunma sayı: 1008


“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası ilə Mozambik arasında  siyasi, iqtisadi, mədəni, təhsil və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilmiş və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və problemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barəsində məlumat verən Nazir Elmar Məmmədyarov münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin işğal edildiyini və bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi koçkün vəziyyətinə düşdüyünü bildirib.

Dəvəti məmnuniyyətlə qəbul etdiyini deyən Mozambikin xarici işlər naziri Oldemiro Baloi Nazir Elmar Məmmədyarovun cənubi Afrika regionuna və Mozambikə səfərinin region və ölkəsi üçün xüsusi siyasi əhəmiyyət daşıdığını qeyd edib. 

O, yerləşdiyi regionda mühüm rola və dinamik iqtisadiyyata malik olan Azərbaycan Respublikası ilə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirmiş və bu xüsusda, ikitərəfli hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edərək, Mozambikdə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı və ölkəsinə Azərbaycan sərmayələrinin cəlb edilməsində maraqlı olduqlarını vurğulayıb.