Memorial Kompleksin və Zəfər Muzeyinin təməli qoyuldu - Video

memorial-kompleksin-ve-zefer-muzeyinin-temeli-qoyuldu
Oxunma sayı: 6189

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

"Qafqazinfo" xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

Sonra dövlət başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.